» » Bakıda yaşayış evinə silahlı basqın olub

Bakıda yaşayış evinə silahlı basqın olub

 


Bakıda yaşayış evinə silahlı basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində bıçaq və silaha bənzər əşya ilə onu hədələyib oradan 450 manat, 2 ədəd mobil telefon  və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.
N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi “Zoraki Mod-914″markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.


Paylaş:


Müəllif : Tarix:
12-01-2017, 13:22
  
loading...