reklam
» » Azərbaycanlı Rusiya polisinə Cinayət Məcəlləsində rüşvət təklif etdi

reklam

Azərbaycanlı Rusiya polisinə Cinayət Məcəlləsində rüşvət təklif etdi

Rusiyanın Omsk vilayətinin Çerlak rayonunda azərbaycanlı kiçik məbləğli rüşvətxorluğa cəhddə ittiham olunur.

Çerlak rayon prokuroru Azərbaycan vətəndaşına qarşı açılmış cinayət işi üzrə ittihamnaməni təsdiqləyib.

İstintaq versiyasına görə, 7 dekabr 2017-ci ildə Azərbaycan vətəndaşı Çerlak rayon mərkəzində sənədlərin yoxlanılması məqsədilə polis tərəfindən saxlanılıb. Üzərində Rusiyada qanuni yolla qaldığını təsdiq edən hər hansı sənəd olmadığından həmin şəxs inzibati xətanın qeydə alınması məqsədilə polis bölməsinə aparılıb.

“İnzibati məsuliyyətdən yayınmaq üçün həmin şəxs polis bölməsinin xidməti ərazisində ola-ola,  hüquq-mühafizə orqanları əməkdaşlarına rüşvət təklif edib. Qanunu pozan şəxs 10 000 rubl məbləğində pul vəsaitini RF Cinayət Məcəlləsi kitabının səhifələri arasında qoyaraq, vəzifəli şəxsin kabinetini tərk edib”, – deyə Omsk vilayəti prokurorluğunun bəyanatında bildirilir.

Cinayət sona çatdırılmayıb, belə ki, polis Cinayət Məcəlləsindən pulları çıxarmayıb.

Cinayətkar törətdiyi əməli tam olaraq etiraf edib. Cinayət işi üzrə materialların artıq sülh məhkəməsinə göndərildiyi bildirilir.


Paylaş:


Müəllif : Tarix:
16-02-2018, 13:55
  


loading...
Загрузка...