X
Qadını şantaj edən “jurnalist”lər azadlığa buraxıldı - Qərar » Regionxeberleri.com Qadını şantaj edən “jurnalist”lər azadlığa buraxıldı - Qərar » Regionxeberleri.com

reklam
» » Qadını şantaj edən “jurnalist”lər azadlığa buraxıldı - Qərar

reklam

Qadını şantaj edən “jurnalist”lər azadlığa buraxıldı - Qərar

Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən “Korrupsiya və Qanun” qəzetində baş redaktor işləmiş Təbriz Dəmirov və həmin qəzetdə redaktor müavini işləmiş Cəlil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Regioxneberleri.com - un "Ölkə.Az" - a istinadən əldə etdiyi xəbərə görə, Təbriz Dəmirov “Korrupsiya və Qanun” qəzetində baş redaktor vəzifəsində işləyərkən müavini Cəlil Səmədov ilə cinayət əlaqəsinə girib.

Onlar 23 oktyabr 2014-cü il tarixdə, saat 15:00 radələrində Yevlax şəhər sakini Fəridə Əliyevaya (ad və soyad şərti verilib – red.) özlərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim ediblər.

Dəstə üzvləri Fəridə Əliyvanın fahişəliklə məşğul olması və əxlaqsız yuva saxlaması barədə məlumatlar əldə etdiklərini, həmin rusvayedici məlumatları Kütləvi İnformasiya vasitələrində işıqlandırmacaqları ilə hədə-qorxu gəliblər.

Fəridə Əliyevadan 2000 manat məbləğində pul tələb ediblər.

Baş redaktor və müavini həmin tarixdə Mingəçevir şəhərində Fəridə Əliyevadan 1500 manat alıblar.

Bundan başqa, Təbriz Dəmirov müavini Cəlil Səmədov və “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi və baş redaktoru olan Şahin Orucov ilə birlikdə 2015-ci ilin iyunun 14-də, saat 12:00 radələrində Sumqayıt şəhərində “Metallurq” kafesinin sahibi Vasif Quliyev və qardaşı Həsənqulu Quliyevə hədə-qorxu gəliblər.

Onlar Cəlil Səmədov tərəfindən aparılmış gizli videoçəkilişin görüntülərini kütləvi informasiya vasitələrində işıqlandırmaqla Həsənqulu Quliyev barəsində rüsvayedici məlumatları yayacaqları hədəsi ilə 5000 manat pul tələb ediblər.

Həmin gün Həsənqulu Quliyevin 1000 manat pulunu ələ keçiriblər.

İyunun 17-də Şahin Orucov “Metallurq” kafesində ümumi razılaşma əsasında Həsənqulu Quliyevin daha 1000 manat pulunu ala biliblər.

Zərərçəkmişin şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahin Orucovun üzərində şəxsi axtarış keçirilərkən həmin 1000 manat pul aşkar olunaraq götürülüb.

Təqsirləndirilən şəxslərə Cinayətm Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Cəlil Səmədov bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində “Kriminal və bəşəriyyət” qəzetinin təsisçisi və baş redaktoru olan Şahin Orucov ilə birlikdə mühakimə olunublar.

Həmin dövrdə hakim Azad Məcidovun sədrliyi ilə araşdırma zamanı Cəlil Səmədov və Şahin Orucovun hər biri 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq dövründə zamində olduqlarından onlar məhkəmə zalındaca həbs edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onların cəzaları şərti hesab edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə baxan hakim heyəti qərar elan edib. Qərara görə, apellyasiya instansiyasının qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Məhkəmənin 29 sentyabr 2017-ci il tarixli qərarı ilə Cəlil Səmədov və Şahin Orucovun barəsində həbs qətimkan tədbiri seçilib, onlar məhkəmə zalından həbs eidliblər.
Cəlil Səmədov və Şahin Orucov mühakimə olunan dövrdə Təbriz Dəmirov axtarışda olub. O, 2017-ci ildə həbs olunandan sonra Cəlil Səmədov ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mayıl Bayramovun sədrliyi ilə yenidən mühakimə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlil Səmədov 5 il, Təbriz Dəmirov isə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar barələrində təyin edilmiş hökmün ləğv edilməsini, barələrində ədalətli qərar qəbul edilməsini istəyiblər.

Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Təbriz Dəmirovun barəsində olan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham hökmdən xaric edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Cəlil Səmədovun da barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib.

Hər iki təqsirləndiriıən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.


Paylaş:


Müəllif : Tarix:
16-02-2018, 17:55
  


loading...