reklam
» » Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb

reklam

Gəncədə keçmiş məhkumun üzərindən narkotik vasitə aşkarlanıb

Gəncə şəhərində yerli sakindən narkotik vasitə aşkarlanıb.

Bu barədə "Report"un Qərb bürosuna DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Nizami RPİ (Gəncə) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.Araşdırmalarla onun rayonun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Qeyd edək ki, Elnur Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digrə şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
17-02-2018, 11:51
  


loading...
Загрузка...