X
Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO » Regionxeberleri.com Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO » Regionxeberleri.com

reklam
» » Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO

reklam

Sumqayıtda çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb - FOTO

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində liftdə olan 3 nəfər - 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 10:00
  


loading...