reklam
» » Həkimdən biabırçı bəyanat: "Atası öldükdən sonra doğulan uşağa ata soyadı verilə bilməz"

reklam

Həkimdən biabırçı bəyanat: "Atası öldükdən sonra doğulan uşağa ata soyadı verilə bilməz"

Şəki rayon Göybulaq kənd sakini Nurəhmədova Hərzad Balası qızı Bizim Yol-a şikayət ərizəsi ilə müraciət edib. Onun nəvəsi Novruzova Sevinc Fərhad qızı 2016-cı ildə ailə qurub.
Toy qabağı qaynanası gəlinin şəxsiyyət vəsiqəsini alaraq rəsmi nikah kəsdirəcəyini elan etsə də, bunu etməyib. Sevinc el adətiylə ailə qurub. Toydan 3 ay sonra kürəkən ağır xəstəliyə tutulub və 2017- ci ilin əvvəlində vəfat edib. O vəfat etmədən öncə Sevinc hamiləymiş.

Kürəkən dünyasını dəyişdikdən iki ya sonra dünyaya gələn uşağa hazırda oğlanın ata- anası sahib durmaq istəmirlər. İki ailə arasında qalamaqal yaşanıb və Sevinc ata evinə geri dönüb.

Hərzad Nurəhmədova gəlinin cehizlərinin geri qaytarılması və uşağa atasının soyadının verilməsi tələbi ilə qarşı tərəfə müraciət etsə də, onlar buna razılıq vermək istəməyiblər. Qarşı tərəf uşağın onların olmasını inkar etmir, lakin heç bir vəchlə ona atasının ad və soyadının verilməsini də istəmirlər. Nurəhmədova Hərzad məsələylə bağlı Şəki rayon məhkəməsinə müraciət edib və vəkillə təmin olunub. Vəkil Məmməd Məmmədova dərdlərini hər tərəfli anlatsalar da, vəkil yalnız bir məsələ üzrə məhkəmə iddiası qaldırıb. Gəlinin cehizlərinin yarısının geri alınması iddiası ilə. Uşaqla bağlı heç bir tədbir görülməyib. Hakim Elçin Mehdiyevvin sədrliyi ilə keçirilən məhkəmədə gəlinin cehizlərinin yarı bölünməsinə qərar verilib. Vəssalam.

İndi qapı-qapı düşüb ədalət axtaran Hərzad nənəyə hüquqlarını yaxşı bilmədiyinə görə hərə bir nağıl oxuyur. Şəki Şəhər Mərkəizi Doğum Evinin baş mama həkimi Təranə xanım bildirib ki, atası öldükdən sonra doğulan uşağa atasının adı verilməməlidir. Bu nə biabırçılıqdır? Belə çıxır ki, yüzlərlə, minlərlə şəhidimizin balası atasının adını daşıya bilməz? Bu qanunu kim icad edib? Hansı səlahiyyətlə həkim qapısına sənəd üçün gəlmiş ağbirçəyi belə ağlasığmaz bəyanatla yola sala bilir?

İş tapşırılan vəkilə məsələ hərtərəfli izah olunubsa və bir hüquqşünas kimi o iki məhkəmə iddiası ilə çıxış edilməli olduğunu Hərzad nənəyə niyə başa salmayıb, onu 7 ay süründürməli idi? Belə olan halda o öz reputasiyasını kölgə altına alıb, başqa maraqlara xidmət edirmiş kimi şübhələr yaradır.

Məsələylə bağlı Hərzad Nurəhmədovanın iştirakı ilə Bizim Yol olaraq Ədliyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mütəxəssisi bildirdi ki, Şəki Rayon Məhkəməsinin cehizin yarı bölünməsi ilə bağlı verdiyi qərar haqsızdır. Ümumiyyətlə, bu vəziyyətdə iki məhkəmə iddiası qaldırılmalı idi. Cehizin tam geri qaytarılması və uşağa varislik hüququnun verilməsi ilə bağlı. Burda vəkilin səriştəsizliyi özünü göstərib.

Məsələylə bağlı üz tutuduğumuz məşhur hüquqşünas, vəkil Əkrəm Həsənov da eyni fikir bildirib: “Mövcud durumda gəlin boşanıbsa ona verilən cehiz tamamilə geri qaytarılmalı, və hətta işlədilmiş cehiz əşyalarının da pulu ödənilməlidir. O ki , qaldı uşağın ata tərəfdən qohum əqrəbalarının ona atasının ad və soyadını vermək istəməməsinə, bu onların istəyi ilə həll olunmur. Uşaq qanunən atasının varisidir və onun soyadını daşımalıdır. Bu barədə VVAQ şöbəsi də sənəd verə bilər və hətta verməzsə VVAQ şöbəsi də məhkəməyə verilə bilər”

7 aylıq məsum körpənin hüquqlarını tam bərpa edənə qədər onun yanıda olub, məsələni diqqətdə saxlayacağıq.


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 18:05
  


loading...
Загрузка...