reklam
» » Ucarda baş verən yol qəzasında sürücü ölüb

reklam

Ucarda baş verən yol qəzasında sürücü ölüb

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə fevralın 21-də axşam saatlarında Bakı-Qazax əsas magistral  yolunun Ucar rayonunun Qulabənd  kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon Qaradağlı kənd sakini 1983-cü ildə anadan olmuş Vüsal Mənsur oğlu Həşimov  idarə etdiyi 61 BV 766 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü V. Həşimov  hadisə yerində ölüb.

RegionXeberleri.com


Paylaş:


Müəllif : Tarix:
22-02-2018, 10:18
  


loading...
Загрузка...