reklam
» » Dumanlı havada qəza: 5 yaralı

reklam

Dumanlı havada qəza: 5 yaralı

Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Qarazəncirli kəndində iki minik maşınının toqquşması nəticəsində beş nəfər xəsarət alıb.

Yaralılar Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxslər Masallı rayonunun Güllütəpə kənd sakinləri, 1991-ci il təvəllüdlü Nicat Höccət oğlu Manafov, 1989-cu il təvəllüdlü Şəlalə Mamed qızı Manafova, 1967-ci il təvəllüdlü Əli Xanlar oğlu Əliyev, 1970-ci il təvəllüdlü Dürdanə Həsənbala qızı Manafova və 1987-ci il təvəllüdlü Qədir Akif oğlu Nəsirovdur.

Məlumata görə, onlardan Dürdanə Manafovanın vəziyyəti daha ağırdır. O, kəllə - beyin travması alıb.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
26-02-2018, 09:29
  


loading...
Загрузка...