X
Narkoloji Mərkəzin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ » Regionxeberleri.com Narkoloji Mərkəzin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ » Regionxeberleri.com

reklam
» » Narkoloji Mərkəzin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ

reklam

Narkoloji Mərkəzin sabiq baş həkimi HƏBS EDİLDİ- MƏHKƏMƏ

Rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Respublika Narkoloji Mərkəzin sabiq baş həkimi Hüseyn Həsənov və onun işçisi Mətanət Şamçiyevanın hökmündən prokurorluğun verdiyi protestə baxılıb.

Regionxerberleri.com - un Lent.az-a istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə prokurorun protesti təmin edilib. Hüseyn Həsənovun barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi(şərti) hökmdən xaric edilib.

Hüseyn Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib. Ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Mətanət Şamçiyeva ilə bağlı hissədə isə hökm qüvvədə saxlanılıb.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların barəsində Cinayət Məcəlləsini 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, cəzaları 1 il sınaq müddəti olmaqla şərti hesab edilmişdi.

Həbsdə olan Hüseyn Həsənovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv  edilib və o, məhkəmə zalından azadlığa buraxılmışdı.


Paylaş:


Müəllif : Tarix:
7-03-2018, 16:51
  


loading...