reklam
» » Bir ailədən 3 nəfər xəstəxanalıq oldu

reklam

Bir ailədən 3 nəfər xəstəxanalıq oldu


Zaqatalada baş verən yol qəzasında biri azyaşlı olmaqla, bir ailənin üç üzvü xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə martın 7-i axşam saatlarında rayonun Zaqatala-Muğanlı avtomobil yolunda baş verib.

Rayonun Dağlı kənd sakini, 1978-ci il təvəllüdlü Rüstəm Teyyub oğlu Muradovun idarəetdiyi “VAZ 2109” markalı 10 XM 958 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Saleh Məmmədəli oğlu Məmmədovun idarə etdiyi “VAZ 2108” markalı 62 BK 718 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra "VAZ 2109" markalı avtomobilin  sürücüsü Rüstəm Muradov, onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Aynur Ramazan qızı Muradova və ailənin azyaşlı övladı 2012-ci il təvəllüdlü Renad, "VAZ 2108" markalı avtomobilin sürücüsü Saleh Məmmədov və onun sərnişini rayonun Yuxarı Tala kənd sakini 1964-cü il təvəllüdlü Hacıömər Məhəmməd oğlu Əlicanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.


Paylaş:


Müəllif : Tarix:
8-03-2018, 10:38
  




loading...
Загрузка...