X
Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb - YENİLƏNİB 1 » Regionxeberleri.com Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb - YENİLƏNİB 1 » Regionxeberleri.com

reklam
» » Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb - YENİLƏNİB 1

reklam

Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb - YENİLƏNİB 1

Qazaxda göldə batan balıqçılardan birinin meyiti tapılıb.

APA-nın qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun meyiti sahildən 400 metr aralıda, 16-17 metr dərinlikdə aşkarlanıb.

Digər balıqçı, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları davam edir.  

*** 11.03.2018 saat 12.02

Fövqəladə Hallar Nazirliyi Qazaxda göldə batan balıqçılar barədə məlumat yayıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

*** 11.03.2018 saat 11.44

Qazax rayon Böyük Cəfərli kənd sakinləri Didivan gölündə batıb.

APA-nın Qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında Ağstafaçay su anbarında (Didivan gölü) balıq tutan kənd sakinləri 1984-cü il təvəllüdlü Aqif Ömərov və 1978-ci il təvəllüdlü Elşən Mustafayev göldə batıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən meyitlərin axtarışı aparılır.


Paylaş:


Müəllif : Tarix:
12-03-2018, 13:40
  


loading...