reklam
» » Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb

reklam

Ucarda 2 avtomobil toqquşub, üç nəfər xəsarət alıb


 
Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

RegionXeberleri.com-un verdiyi xəbərə görə hadisə bu gün gündüz saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Ucarın Qazyan kənd sakini, 1973-cü il təvəllüdlü Etibar Musa oğlu Əhədovun idarə etdiyi "VAZ-2107" markalı maşınla rayonun Lək kənd sakini, 1973-cü il təvəllüdlü Elxan Zülfi oğlu Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobilin toqquşması nəticədə hər iki sürücü və “VAZ” markalı maşında olan sərnişin, 1972-ci il təvəllüdlü Fəttah Hüseyn oğlu Ağayev müxtəlif xəsarətlər alaraq, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

RegionXeberleri.com 

 




Paylaş:


Müəllif : Tarix:
17-03-2018, 15:20
  


loading...
Загрузка...