Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib » Regionxeberleri.com Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib » Regionxeberleri.com

reklam
» » Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib

reklam

Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib

  Bakıda tikinti işi zamanı ölüm hadisəsi baş verib.

Regionxeberleri.com - un "Report" - a istinadən xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisində yarımtikilidə usta kimi fəaliyyət göstərən 1983-cü il təvəllüdlü Balakişiyev Ədalət Fazil oğlu naməlum səbəbdən çalışdığı yerdə ölüb. Hadisənin baş verdiyi əraziyə Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin və Səbail Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Ölümün dəqiq səbəblərini araşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Hadisənin səbəbləri araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
19-03-2018, 09:23
  


loading...