DİN-dən əməliyyat: oğrular zərərsizləşdirildi - Foto » Regionxeberleri.com DİN-dən əməliyyat: oğrular zərərsizləşdirildi - Foto » Regionxeberleri.com

reklam
» » DİN-dən əməliyyat: oğrular zərərsizləşdirildi - Foto

reklam

DİN-dən əməliyyat: oğrular zərərsizləşdirildi - Foto

Göygöl rayonunda oğurluqla məşğul olan dəstə üzvləri zərərsizləşdirilib.

DİN-dən verilən məlumatına görə, rayonun Köşkü kənd sakini, Məmmədov Qismət Əhəd oğluna məxsus VAZ-2121 markalı avtomobili və rayonun Yeni Qızılca kənd ərazisində vətəndaşa məxsus fermadan 55 baş xırda buynuzlu heyvanları, həmçinin Hacıməlik kəndində 2 baş 600 manat dəyərində buzovları oğurlayan dəstə üzvləri saxlanılıb.

Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hər 3 oğurluq faktında iştirak edən şəxslər - Cəfərov Malik Muzadil oğlu və Oruclu Hüseyn Gürzalı oğlu tutulub. İstintaq zamanı məlum olub ki, oğurladıqları heyvanları satmaqda onlara köməklik edən şəxs isə Bayraməliyev Rafiq Tofiq oğlu olub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


 


Paylaş:


Müəllif : Tarix:
22-03-2018, 13:59
  


loading...