Mingəçevirdə oğurluq edən iki qardaş yaxalandı » Regionxeberleri.com Mingəçevirdə oğurluq edən iki qardaş yaxalandı » Regionxeberleri.com

reklam
» » Mingəçevirdə oğurluq edən iki qardaş yaxalandı

reklam

Mingəçevirdə oğurluq edən iki qardaş yaxalandı

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Regionxeberleri.com bildirir ki, bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Teymur Mustafayev, Tural Nabudov, Firdovsi Mustafayev və onun qardaşı Vüqar polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
26-03-2018, 14:10
  


loading...