reklam
» » Oğuzda 15 gün əvvəl itkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapılıb

reklam

Oğuzda 15 gün əvvəl itkin düşən şəxs meşədə asılmış vəziyyətdə tapılıb

Oğuzda iki həftədən çoxdur itkin düşən şəxsin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 11 radələrində rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qoxmaz Qurbanəli oğlu İsmayılovun meyiti yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.

Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, Qorxmaz İsmayılov martın əvvəllərində naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Qorxmaz İsmayılovun anası itkin düşən oğlunu tapmaq üçün Xəzət TV-də yayımlanan “Səni axtarıram” verilişinə də müraciət edib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
2-04-2018, 16:40
  


loading...
Загрузка...