"Lombard"ın qadın müdüri məhkəmədə qandallandı » Regionxeberleri.com "Lombard"ın qadın müdüri məhkəmədə qandallandı » Regionxeberleri.com

reklam
» » "Lombard"ın qadın müdüri məhkəmədə qandallandı

reklam

"Lombard"ın qadın müdüri məhkəmədə qandallandı

Dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.

REgionxeberleri.com - un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə  keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Dürrə İsmayılova barəsində seçilmiş heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbs edilib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində həbs qətimkan tədbirini seçilməsini istəyib.

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhərində Xətai rayonu ərazisində Lombard fəaliyyəti ilə məşğul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi Lombarda girov qoyduğu əmlakları mənimsəyib .

D.İsmayılova lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun dələduz əməlindən 200 nəfər zərər çəkib.

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.


Paylaş:


Müəllif : Tarix:
5-04-2018, 11:21
  


loading...