reklam
» » DƏHŞƏTLİ AİLƏ DRAMI: Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü

reklam

DƏHŞƏTLİ AİLƏ DRAMI: Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü

Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Regionxeberleri.com Lent.az - a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.

Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

*****

13:30

Hacıqabul sakini özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar  qızı özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil. Onun bir uşaq anası olduğu bildirilir.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
10-04-2018, 15:31
  


loading...
Загрузка...