reklam
» » Ağstafada yol qəzası baş verib, bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB

reklam

Ağstafada yol qəzası baş verib, bir ailənin 5 üzvü xəsarət alıb - YENİLƏNİB

Ağstafada baş verən ağır yol qəzasında xəsarət alanların sayı 5-ə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, İqbal Novruzovun idarə etdiyi "VAZ" markalı avtomobil qarşı tərəfdən gələn avtomobillə toqquşub.

Nəticədə sürücü İ.Novruzov və avtomobildə olan sərnişinlər, onun ailə üzvləri - Dünyamin Novruzov, Aytən Novruzova və iki azyaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, İqbal Novruzov Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin əməkdaşıdır.

***15:06

Ağstafa. 13 aprel. REPORT.AZ/ Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir ailənin 4 üzvü yaralanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
13-04-2018, 15:34
  


loading...
Загрузка...