reklam
» » Lənkəranda gözətçinin iş otağında meyiti tapılıb

reklam

Lənkəranda gözətçinin iş otağında meyiti tapılıb

Dövlət Sosial Müdafİə Fondunun Lənkəran rayon şöbəsinin gözətçisi iş otağında ölmüş halda tapılıb.

60 yaşlı Seyran Fəxrəddin oğlu Axundovun gecə saatlarında naməlum şəraitdə öldüyü ehtimal edilir.

Onun meyiti iş yoldaşları tərəfİndən aşkar olunub.

Hadisə yerinə hüquq-mühafİzə orqanlarının və Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

S.Axundovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
15-04-2018, 13:51
  


loading...