reklam
» » Şəkidə sürücü sükan arxasında ölüb

reklam

Şəkidə sürücü sükan arxasında ölüb

Şəkidə 54 yaşlı sürücü sükan arxasında ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saat 12 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib.

1964-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Etibar Azad oğlu Abdullayev idarəetdiyi minik avtomobili ilə Şəkidən Gədəbəyə gedərkən sükan arxasında qəfildən özünü pis hiss edib.

Etibar Abdullayevin vəziyyətinin pisləşdiyini görən, avtomobildə sərnişin qismində olan onun ailə üzvüləri əraziyə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadasını çağırıblar. Təcili Tibbi Yardım Şöbəsinin həkim briqadası hadisə yerinə çatana kimi Etibar Abdullayev keçinib. İlkin müayinə zamanı Etibar Abdullayevin ürək tutmasından öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
15-04-2018, 20:45
  


loading...
Загрузка...