reklam
» » Dəhşətli qəza: polis baş leytenantı öldü

reklam

Dəhşətli qəza: polis baş leytenantı öldü

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunda rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb.

Belə ki, Neftçala şəhər Bakıxanov küçəsi, ev 8-a ünvanında yaşayan, 1994-cüil təvəllüdlü Niftəliyev Rza Hicran oğlu idarə etdiyi “Priyore” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Ölən Neftçala Rayon Polis şöbəsinin əməkdaşı, polis baş leytenantı olub.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-04-2018, 09:02
  


loading...