X
Azərbaycanda həbs edilən FETO-çu: "BMT-dən sığınacağım var" » Regionxeberleri.com Azərbaycanda həbs edilən FETO-çu: "BMT-dən sığınacağım var" » Regionxeberleri.com

reklam
» » Azərbaycanda həbs edilən FETO-çu: "BMT-dən sığınacağım var"

reklam

Azərbaycanda həbs edilən FETO-çu: "BMT-dən sığınacağım var"

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə başlayıb.

Regionxeberleri.com - un Lent.az - a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Mustafa Ceyhan bildirib ki,  Azərbaycana  qanuni yolla keçib: "Gürcüstanda oturum haqda icazə sənədim var. Orada Azərbaycana sığınacaq üçün gələndə Qazaxda qanunsuz həbs edilmişəm".

Mustafa Ceyhanın sözlərinə görə, heç bir terror təşkilatının üzvü deyil: " BMT-dən də sığınacaq almışam".

Hakim söyləyib ki, bununla bağlı BMT-yə sorğu göndəriləcək.

Proses aprelin 19-da davam edəcək.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstandan Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib


Paylaş:


Müəllif : Tarix:
16-04-2018, 13:40
  


loading...