reklam
» » Cəlilabadda ağır qəza – Ölən və yaralananlar var

reklam

Cəlilabadda ağır qəza – Ölən və yaralananlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saat təxminən 22:50 radələrində Ələt-Astara magistral yolunun rayonun Alar kəndi ərazisindən keçən hisəsindəki yanacaqdoldurma stansiyası yaxınlığında qeydə alınıb.

Kartofla dolu “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb. Hadisə yerinə cəlb olunmuş Cəlilabad və Biləsuvar “təcili yardım” maşınları ilə yaralılardan biri Cəlilabad, digər 3 nəfər isə Biləsuvar Mərkəzi Rayon xəstəxanalarına çatdırılıb.

İlkin məlumata görə, Cəlilabad xəstəxanasına aparılan yaralı yolda dünyasını dəyişib. Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-04-2018, 00:20
  


loading...
Загрузка...