X
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - 5 kiloqram 150 qram » Regionxeberleri.com Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - 5 kiloqram 150 qram » Regionxeberleri.com

reklam
» » Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - 5 kiloqram 150 qram

reklam

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı - 5 kiloqram 150 qram

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Bu istiqamətdə aprelin 18-də həyata keçirilən tədbirlər nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Belə ki, əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
19-04-2018, 13:37
  


loading...