reklam
» » Azərbaycanda gizli fəaliyyət göstərən qanunsuz “məscid” AŞKARLANDI

reklam

Azərbaycanda gizli fəaliyyət göstərən qanunsuz “məscid” AŞKARLANDI

Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkarlanıb.
 
DTX ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkarlanaraq, götürülüb.

Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılıb.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.


Paylaş:


Müəllif : Tarix:
23-04-2018, 11:41
  


loading...
Загрузка...