Dövlət sərhədini pozan əcnəbi saxlanıldı » Regionxeberleri.com Dövlət sərhədini pozan əcnəbi saxlanıldı » Regionxeberleri.com

reklam
» » Dövlət sərhədini pozan əcnəbi saxlanıldı

reklam

Dövlət sərhədini pozan əcnəbi saxlanıldı

Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 1 nəfər xarici vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb.

Sərhəd pozucusu sərhəd zastavasının mühəndistexniki çəpərinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il tvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oglı olması müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Paylaş:


Müəllif : Tarix:
25-04-2018, 17:18
  


loading...