reklam
» » Bankomatı doğradı, pulları çıxara bilmədi - QAZAXDA

reklam

Bankomatı doğradı, pulları çıxara bilmədi - QAZAXDA

Dünən saat 02 radələrində Qazax rayonunda bankomata müdaxilə edən şəxs tutulub. Regionxeberleri.com Lent.az - a istinadən xəbər verir ki, Ağköynək kənd sakini 1990-cı il təvəllüdlü Zeynalov Ziyaddin Surxay oğlu Qazax şəhərinin H.Əliyev prospektində yerləşən “Beynəlxalq Bank” ASC-yə məxsus bankomata kustar üsulla müdaxilə etməklə onu yararsız hala salaraq 2 ədəd yaddaş kartını oğurlaıb. O, həmçinin bankomatdan oğurluğa cəhd edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Z.Zeynalov saxlanılaraq sonrakı araşdırmalar aparılması üçün Qazax RPŞ-yə təhvil verilib. Baş vermiş hadisə zamanı bankomatda saxlanılan pul əskinaslarına ziyan dəyməyib.

Faktla bağlı Qazax RPŞ-də araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
26-04-2018, 11:21
  


loading...
Загрузка...