X
Şamaxıda yol qəzası olub, xəsarət alanlar var » Regionxeberleri.com Şamaxıda yol qəzası olub, xəsarət alanlar var » Regionxeberleri.com

reklam
» » Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

reklam

Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

Şamaxıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin giriş hissəsində, avtovağzal ərazisində qeydə alınıb.

Şamaxı şəhər sakini Rəhim Bəhramovun idarə etdiyi “Azsamand” markalı avtomobil əks tərəfdən gələn, sürücüsü hələlik məlum olmayan “Pryora” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı 3 nəfər: – Şamaxı şəhər Nəsimi küçəsi, ev 30-da yaşayan 2000-ci il təvəllüdlü Məleykə İlqar qızı Bəhramova, həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Gülnarə Səxavət qızı Bəhramova, digər avtomobildə olan sərnişin, Şamaxı şəhər Şəhriyar qəsəbə sakini, 1958-ci il təvəllüdlü Səbinə Babaş qızı Mustafayeva müxtəlif bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, qəza zamanı yüngül xəsarət alan Gülnarə Bəhramova və Səbinə Mustafayeva ambulator müalicə olunub. Digər bir nəfər – Ülkər Bəhramova cərrahiyə şöbəsinə yerləşdirilib. Onun vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.



Paylaş:


Müəllif : Tarix:
29-04-2018, 20:35
  


loading...