reklam
» » Zaqatalada 37 yaşlı kişinin intihar səbəbi - “Toyu yasa döndü”

reklam

Zaqatalada 37 yaşlı kişinin intihar səbəbi - “Toyu yasa döndü”

Zaqatalada 37 yaşlı kişinin intiharının bəzi detalları məlum olub.

Ələsgərdə kənd sakinlərindən birinin AzNews.az-a verdiyi məlumata görə, Ramin Muradovun səhhətində heç bir problem olmayıb:

“Normal ailə başçısı idi, hamı onu sakit bir insan kimi tanıyıb. 3 uşağı var. Qızı nişanlıdır, gələn ay toy edəcəkdi. Özü də Türkiyəyə gəlin köçür. Həyat yoldaşı ilə arasında da hər hansı problem olmayıb. Niyə özünü öldürüb, hamıya qaranlıqdı”.

Qeyd edək ki, Zaqatalada intihar hadisəsi baş verib. Rayonun Ələsgərdə kənd sakini, 1981-ci il təvəllüdlü Ramin Müzəffər oğlu Muradovun meyiti yaşadığı evin həyətindəki mal tövləsində aşkar edilib.


Paylaş:


Müəllif : Tarix:
2-05-2018, 11:37
  


loading...