X
Siqaret çəkmək üçün evdən çıxdı - MEYİTİ TAPILDI - YENİLƏNİB » Regionxeberleri.com Siqaret çəkmək üçün evdən çıxdı - MEYİTİ TAPILDI - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Siqaret çəkmək üçün evdən çıxdı - MEYİTİ TAPILDI - YENİLƏNİB

reklam

Siqaret çəkmək üçün evdən çıxdı - MEYİTİ TAPILDI - YENİLƏNİB

Şirvanda itkin düşən şəxsin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 28-dən itkin düşdüyü bildirilən Şirvan şəhər sakini, 1987-ci il təvəllüdlü Vasif  Arif oğlu Nağıyevin meyiti Sabirabad rayonunun Beşdəli kəndində, Kür çayının sahilində aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

*****

3 may

Şirvan şəhər sakini itkin düşüb. Regionxeberleri.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı Vasif  Nağıyev cari il aprelin 28-də  yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq  bir daha geri qayıtmayıb.

V.Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir.  Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar, və qara ayaqqabı olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Paylaş:


Müəllif : Tarix:
4-05-2018, 12:07
  


loading...