reklam
» » Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

reklam

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-dən verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İran vətəndaşı Əmin Abanqadan çəkisi 1 kiloqram 35 qram olan heroin aşkar edilərək götürülüb.

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Əliyevdən 7,1 qram, yaşadığı evdən isə 381 qramdan çox marixuana aşkar edilib.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bulaqlı kənd sakini Əli Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
7-05-2018, 16:18
  


loading...
Загрузка...