reklam
» » Axtarışda olan şəxs saxlanıldı... - Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı...

reklam

Axtarışda olan şəxs saxlanıldı... - Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı...

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Mayın 7-də bu istiqamətdə keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 3 kiloqramadək narkotik vasitə aşkar edilərək götürülüb.

Belə ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Saleh Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana, tiryək və metamfetamin aşkar edilib.

Nəqliyyatda Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Lənkəran şəhər sakini Ramil Əsədovdan 8 qramdan çox heroin, 102 qramdan artıq tiryək, həmçinin metamfetamin və 16 ədəd metadon həbləri aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qramdan artıq marixuana, “Lada” markalı avtomobilindən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-05-2018, 11:47
  


loading...
Загрузка...