X
Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər yaralanıb - YENİLƏNİB » Regionxeberleri.com Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər yaralanıb - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər yaralanıb - YENİLƏNİB

reklam

Ağstafada mikroavtobusla minik avtomobili toqquşub, 15 nəfər yaralanıb - YENİLƏNİB

Ağstafada baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan 5 nəfərin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı Qafarov Şahin Şaddədin oğlu (65 yaş), Kərimov Tahir Muğdat oğlu (35 yaş), Şıxməmmədov Eldar Əli oğlu (20 yaş),  Abbasov Leyla Tahir qızı (42 yaş), Nəbiyev Xanbala Məşədi oğlu (59 yaş), müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların hər ikisinin tələbə olduğu və onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

***10:32

Ağstafa. 8 may. REPORT.AZ/ Ağstafa rayonunda mikroavtobusla minik avtomobili toqquşub, yaralılar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.

"QAZel" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 15 nəfər yaralanıb. Onların 10 nəfəri Ağstafa Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
8-05-2018, 11:50
  


loading...