reklam
» » Məmur işçisinin başına külqabı atdı - AZƏRBAYCANDA

reklam

Məmur işçisinin başına külqabı atdı - AZƏRBAYCANDA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində insident baş verib.

Regionxeberleri.com mia.az-a istinadən xəbər verir ki, şöbənin müdiri İntiqam Əliyevlə fondun əməkdaşı Mübariz Şükürov arasında gərginlik yaşanıb. Bu barədə açıqlama verən M.Şükürov bildirib ki, müdirlə aralarında baş verən gərginliyə səbəb saxtakarlığa qarşı çıxması olub:

"Mən, Şükürov Mübariz Kamal oğlu, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsində sosial müavinətlər üzrə məsləhətçi vəzifəsində çalışıram. İdarələr birləşəndən sonra şöbənin rəhbəri İntiqam Əliyev mənə qarşı qərəzli hərəkətlər etməyə başladı. Arada heç bir əsas olmadan məni işdən uzaqlaşdırdı, amma mən səbrli davrandım. Səbəb də odur ki, mən bu sahəni çox yaxşı bilirəm, camaata kömək edirəm, ona görə də hamının mənə müsbət münasibəti var. Bu münasibət də onda qıcıq yaradır. Bu saat rayonda sorğu eləsəniz, bir nəfər məndən narazı olmaz, amma İntiqam Əliyevdən bir nəfər razı adam tapmazsız. Sonuncu dəfə aramızda yaranan gərginlik isə saxta bir işlə bağlıdır. Belə ki, burda "makler” fəaliyyəti göstərən də Taryel Şirinli adlı bir şəxslə İntiqam Əliyevin bir saxta işinin üstünü açdım. Həmin vaxt burda yoxlama da var idi, onlar da etiraf elədilər ki, müdir saxtakarlığa yol verir. Bununla bağlı nazirliyə müraciət etmişəm”.

M.Şükürov onu da bildirib ki, qurumda baş verənlərlə bağlı yeni nazir Sahil Babayevə 3 dəfə teleqram vurub.

"Amma təəssüf ki, nazirlikdən şikayətin araşdırılması üçün ərizə İntiqam Əliyevin üzərinə yönəldilib. Mən bu adamın saxtakarılğından şikayət edirəm, o necə ədalətli qərar verə bilər? Mayın 12-də saat 11.55-də idarədə oldum, İnqtiqam Əliyev mənin üstümə hücum çəkərək dedi ki, səni həbsə göndərəcəm. Mən isə ona saxtakarlıq etdiyini demişəm və bunu sübut etmətə çalışmışam. O isə mübahizə zamanı mənə külqabı atdı, yaxşı ki, dəymədi. Başa düşmürəm, 40 ilin işçisinə niyə külqabı atılmalıdır, təhdid edilməlidir? Cənab nazirdən də xahişim odur ki, bu məsələnin araşdırılaraq ədalətli qərar verilməsini təmin etsin”, – deyə müsahimiz fikrini tamamlayıb.

Məsələylə bağlı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyevlə əlaqə saxlanılıb. O, işçisinin dediklərinin əsassız olduğunu deyərək, M.Şükürovun özüylə danışmağı məsləhət gördü.


Paylaş:


Müəllif : Tarix:
14-05-2018, 17:30
  


loading...
Загрузка...