reklam
» » Qatar traktoru vurdu: 3 yaralı

reklam

Qatar traktoru vurdu: 3 yaralı

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.

Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
16-05-2018, 11:35
  


loading...
Загрузка...