reklam
» » Bakıda tanınmış supermarketdə qurdlu xurmalar satılır - FOTOLAR

reklam

Bakıda tanınmış supermarketdə qurdlu xurmalar satılır - FOTOLAR

Bakı şəhəri Xətai rayonu, M. Hadi küçəsində yerləşən “Grandmart” supermarketində vaxtı keçmiş, içi qurdlu olan Tunis xurmasının satıldığı üzə çıxıb.

Regionxeberleri.com avropa.info-ya istinadən xəbər verir ki, Ramazan ayının gəlişi ilə əlaqədar “Grandmart”dan Tunis xurması alan alıcılar, bu gün supermarketə axın edərək, ticarət obyektinə rəhbərlik edən şəxslərin onlarla görüşməsini tələb ediblər.

Sakinlərin qarşısına “Grandmart”ın satış müdirinin müavini çıxaraq, satılan xurmaların geri qaytarılmasını təmin edib. Alıcılar bu xurmaların satışdan yığışdırılmasını da tələb ediblər.

Məsələylə bağlı “Grandmart”ın mövqeyini dərc etməyə hazırıq.






 


Paylaş:


Müəllif : Tarix:
16-05-2018, 17:46
  


loading...
Загрузка...