Şamaxıda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb » Regionxeberleri.com Şamaxıda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb » Regionxeberleri.com

reklam
» » Şamaxıda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb

reklam

Şamaxıda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb

Şamaxı rayonunda 43 yaşlı kişi elektrik dirəkdən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Temiraz Alvis oğlu Allahverdiyev qəsəbədə naqilləri təmir edərkən elektrik dirəyindən yerə yıxılıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, T.Allahverdiyev ağır kəllə-beyin travması alıb, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır


Paylaş:


Müəllif : Tarix:
18-05-2018, 16:53
  


loading...