X
FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - YENİLƏNİB-1 » Regionxeberleri.com FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - YENİLƏNİB-1 » Regionxeberleri.com

reklam
» » FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - YENİLƏNİB-1

reklam

FHN: Sabunçuda yanğın zamanı 35 nəfər təxliyə, 2 nəfər xilas edilib - YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğın barədə növbəti məluat yayıb.
FHN-dən APA-ya verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.
Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.
Vəziyyətləri normaldır.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
14.15
Bakıda çoxmərtəbəli binada yanğının qarşısı alınıb.
FHN-dən APA-ya verilən məlumata görə, Bakının Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.
Əlavə məlumat veriləcək.
***
13.52
Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.
Əlavə məlumat veriləcək.



Paylaş:


Müəllif : Tarix:
31-05-2018, 16:55
  


loading...