X
Sabirabadda narkotik alverçisi saxlanıldı » Regionxeberleri.com Sabirabadda narkotik alverçisi saxlanıldı » Regionxeberleri.com

reklam
» » Sabirabadda narkotik alverçisi saxlanıldı

reklam

Sabirabadda narkotik alverçisi saxlanıldı

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

​DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan BakuPost-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Kürkəndi kənd sakini, 25 yaşlı Valeh Zərbalıyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
6-06-2018, 11:59
  


loading...