reklam
» » Bakıda sürücü avtobusu dirəyə çırpdı: Ölən var

reklam

Bakıda sürücü avtobusu dirəyə çırpdı: Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qəza iyunun 9-da, saat 07:00 radələrində Xəzər rayonu ərazisində qeydə alınıb.

Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, Namazovun həyatını xilas etmək mümkün olmayıb.


Paylaş:


Müəllif : Tarix:
11-06-2018, 13:15
  


loading...
Загрузка...