Bakıda dəhşətli hadisə: Bir ailədən 3 nəfər öldü » Regionxeberleri.com Bakıda dəhşətli hadisə: Bir ailədən 3 nəfər öldü » Regionxeberleri.com

reklam
» » Bakıda dəhşətli hadisə: Bir ailədən 3 nəfər öldü

reklam

Bakıda dəhşətli hadisə: Bir ailədən 3 nəfər öldü

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, bu gün saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 50 DF 025 nömrəli "KamAZ" toqquşub. Nəticədə minik avtomobilində olan 3 nəfər hadisə yerindəcə keçinib.

 Onların bir ailənin üzvü olduğu bildirilir.

 Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

 10:52

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.



Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 11:17
  


loading...