reklam
» » Azərbaycanda bu da oldu - hər kəsi heyrətləndirən görüntü (VİDEO)

reklam

Azərbaycanda bu da oldu - hər kəsi heyrətləndirən görüntü (VİDEO)

Göyçay rayonunda yük avtomobili çaydan keçərkən suda batıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Hacalıkənd kənd sakini, 1982-ci il təvəllüdlü Əhmədov Əziz Mətləb oğlunun idarə etdiyi "KamAZ" markalı yük avtomobili Potu kəndi ərazisində Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişdiyi ərazidə suda batıb.
Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün sürücü yük avtomobili ilə çayın bir tərəfindən o biri tərəfinə keçmək istəyib və suyun sürətlə axdığı yerdə idarəetməni itirib. Su yük maşınını 100 metr apararaq çayın dərin yerinə salıb. Yük maşını tamamilə suda batıb, sürücü Əziz Əhmədov və sərnişini, Bığır kənd sakini Seyidov Hilal Akif oğlu yük maşınının üstünə çıxaraq kənardan kömək istəyiblər.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub. Çayın ortasında köməksiz vəziyyətdə qalan Ə.Əhmədov və H.Seyidov 3 saatdan sonra xilas edilib. Yük maşınını isə hələlik çaydan çıxarmaq mümkün olmayıb.



Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 11:30
  


loading...
Загрузка...