Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - YENİLƏNİB » Regionxeberleri.com Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - YENİLƏNİB

reklam

Saatlıda baş verən avtoqəzada 6 nəfər xəsarət alıb - YENİLƏNİB

Saatlıda rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində “VAZ 2105” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə 6 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlar Qaranuru kənd sakinləri - 1991-ci il təvəllüdlü Abışova Şəhanə Ələddin qızı, 1972-ci il təvəllüdlü Eynullayeva Zəminə İsrafil qızı, 1982-ci il təvəllüdlü Abışov Şahin Füzuli oğlu, 1967-ci il təvəllüdlü Urfanov Kamil Kərim oğludur. İki nəfərin kimliyi müəyyənləşdirilir. Xəsarət alanlardan vəziyyəti ağır olan 2 nəfər Bakıya göndərilib

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.

***

12:58

Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz magistralının Saatlı rayonunun Qaranuru kəndindən keçən hissəsində “VAZ 2105” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 15:19
  


loading...