X
Zaqatalada dağda uçqun olub - FOTO » Regionxeberleri.com Zaqatalada dağda uçqun olub - FOTO » Regionxeberleri.com

reklam
» » Zaqatalada dağda uçqun olub - FOTO

reklam

Zaqatalada dağda uçqun olub - FOTO

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ötən gecə yağan intensiv leysan yağışlar nəticəsində rayonun Mazıx kənd inzibati ərazisindəki dağlıq ərazidə qaya və daş parçaları uçaraq ərazidən keçən Zaqatala-Mazıx-Qəbizdərə yolunu bağlayıb.

Yolun bağlanması səbəbindən Qəbizdərə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi 6 saata yaxın kəsilib. Əraziyə cəlb edilən texnika və canlı qüvvə saat 10 radələrində yolda qaya və daş parçalarını təmizləndikdən sonra gediş-gəliş bərpa edilib.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 16:27
  


loading...