reklam
» » Balakəndəki daşqınla bağlı RƏSMİ AÇIQLAMA

reklam

Balakəndəki daşqınla bağlı RƏSMİ AÇIQLAMA

Balakən rayonunun Katex kəndində Dəliçay çayının daşması nəticəsində dəymiş ziyan aradan qaldırılır.

Regionxeberleri.com xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib.

Komissiya sədri bildirib ki, dünən gecə saatlarında çayın daşması nəticəsində kəndin həyətyanı sahələrini su basıb: "30-dan artıq evə sel suları və lil dolub. Bu vaxta qədər heç vaxt Dəliçayda belə daşqın olmayıb. Gecə saatlarından Fövqəladə Hallar Komissiyasının əməkdaşları ərazidədir. Gecə saat 04:00-dan etibarən ərazidən suyun çəkilməsinə başlanılıb. Artıq evlər sudan təmizlənib. Hazırda həyətyanı ərazilərdən su çəkilməsi davam edir”.

A.Balayev bildirib ki, çayın üzərindən kənddəki evlərə keçmək üçün kustar üsulla hazırlanan bir-neçə keçidi də sel dağıdıb. Hazırda ərazidə bərpa işləri davam etdirilir.

Qeyd edək ki, iyunun 12-də gecə saatlarında Dəliçay çayının Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində daşqın olub. Hadisə nəticəsində kəndi sel suları basıb.


Paylaş:


Müəllif : Tarix:
12-06-2018, 16:54
  


loading...
Загрузка...