X
Mingəçevirdə yol qəzası olub, yaralananlar var » Regionxeberleri.com Mingəçevirdə yol qəzası olub, yaralananlar var » Regionxeberleri.com

reklam
» » Mingəçevirdə yol qəzası olub, yaralananlar var

reklam

Mingəçevirdə yol qəzası olub, yaralananlar var

Mingəçevir şəhərində idarəetmədən çıxan avtomobil divara çırpılıb.

”Report”un Şirvan bürosu xəbər verir ki, “Hunday” markalı avtomobil yolun kənarındakı divara çırpılaraq ağır deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan iki qadın sərnişin -  Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Elmira İxtiyar qızı Məmmədova və Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü İlahə Elburus qızı Əmiraslanova ağır bədən xəsarətləri alıb.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, xəsarət alan qadınlardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobilin sürücüsünə hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Briqadasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
13-06-2018, 16:24
  


loading...