X
Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var - YENİLƏNİB » Regionxeberleri.com Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var - YENİLƏNİB » Regionxeberleri.com

reklam
» » Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var - YENİLƏNİB

reklam

Qobustanda şagirdlər arasında dava olub, bıçaqlanan var - YENİLƏNİB

Qobustanda məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi saxlanılıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, "Son zəng" günü məktəb yoldaşını bıçaqlayan A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb.

***10:49

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 11:20
  


loading...