“Son zəng” günündə şagirdlər arasında qanlı dava » Regionxeberleri.com “Son zəng” günündə şagirdlər arasında qanlı dava » Regionxeberleri.com

reklam
» » “Son zəng” günündə şagirdlər arasında qanlı dava

reklam

“Son zəng” günündə şagirdlər arasında qanlı dava

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

 Hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb.

Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
14-06-2018, 13:54
  


loading...