reklam
» » Bakı metrosunda qadına hücum edən şəxs tutuldu

reklam

Bakı metrosunda qadına hücum edən şəxs tutuldu

Metroda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Regionxeberleri.com Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
 
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
26-06-2018, 11:47
  


loading...
Загрузка...